“Çin malı” “Neftçi” – Daha bir oğurluq!


Vallah, billah, deyəsən, bu “Neftçi”də işləyənlər hamısı addımlarını başqalarının ayaq izlərinə qoyur. Məsələn, klubun prezidenti Kamran Quliyevi tam rahatlıqla “kiçik Elxan Məmmədov” adlandıra bilərik. AFFA-nın baş katibinin sevimli kadrı olan Quliyevin, danışarkən özünü Məmmədova oxşatmaq istədiyini görmüsüz?

“Neftçi”də “plagiat” olan təkcə Kamran Quliyev deyil. Klub başdan-ayağa “Çin malı”ına çevrilib.

Deməli, “ağ-qaralar” son məşqlərin birindən hazırlanan videonu sosial şəbəkədə yayımlayıb. Videoda məşqə “neftçilər”in kapitanı Ruslan Abışovun gözüylə baxılıb. Deyəcəksiz ki, hə, burda nə var? Məsələ burasındadır ki, bu da plagiatdır, bu da “Çin malı”dır, bu da oğurluqdur. “Neftçi”dəki “ağır dəryaları” bunu Türkiyənin “Fənərbaxça” klubundan çırpışdırıblar. Bununla da, azarkeşlərə daha bir plagiat məhsul təqdim olunub.

“Neftçi” daha əvvəl İngiltərənin “Liverpul” klubunun sosial şəbəkə hesabında yayımlanan videonun bənzərini paylaşmışdı. Klub buna görə xeyli tənqidlərə məruz qalmışdı.

Əslində, “Neftçi”ni qınamaq da olmur. Bir klubun ki, prezidenti özü kiminsə yansıması, “plagiat”ı ola, o klubun başqalarından oğurluq etməsi normaldır. Allah sizə ağıl versin! Versin ki, bir daha oğurluq edib, insanları özünüzə güldürməyəsiz.

Uğur

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button