Əvvəl almanlar, indi də ingilislər
“Milan”ın futbolçusu Hakan Çalhanoğlu karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçiylə “Vest Hem” və “Lester” yaxından maraqlanır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Hər iki klubun “Milan” rəhbərliyiylə ilkin danışıqlara başladığı bildirilir. Hakan Çalhanoğlu üçün tələb olunan məbləğ isə 30 milyon avrodur.
2017-ci ildən “Milan”da forma geyinən Çalhanoğlunun klubuyla 2021-ci ilin yayına qədər müqaviləsi var. Türkiyəli futbolçunun adı qış transfer pəncərəsi dövründə Bundesliqa təmsilçiləriylə hallanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin