Əsgərovun komandası səfərdən 1 xalla döndü
Futbol üzrə Latviya çempionatında 5-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv səfərdə “Spartaks” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib.
“Super Nova” 5 turdan sonra 2 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin