
Əsgərovun komandası 3 xalı 3 qolla qazandı
Futbol üzrə Latviya çempionatında 31-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Yelqava” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Vüqar bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə 8 qol vuran futbolçumuz sonadək ehtiyatda qalıb.
“Liepaya” hazırda 32 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin