Ərəblər Neymarı da “qaralayıb”
“Əl-Hilal” klubu PSJ-nin hücumçusu Neymarı transfer etmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu Səudiyyə Ərəbistanı klubunda üç illik müqaviləyə əsasən 600 milyon avro qazana bilər.
31 yaşlı futbolçunun Fransa klubu ilə hazırkı sözləşməsi 2025-ci ilin yayında başa çatacaq. O, 2022/23 mövsümündə Liqa 1 təmsilçisində bütün yarışlar daxil olmaqla 29 oyunda 18 qol vurub və 17 məhsuldar ötürmə edib.
2023/24 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves, Eduard Mendi kimi futbolçular karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Kriştiano Ronaldo isə 2022/23 mövsümündən “Əl-Nəsr”də forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin