
Ərəblər fransalı mütəxəssislə danışıqlara başlayıb
PSJ-dən ayrıldığı deyilən Kristof Qalte Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”ı çalışdıra bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Riyad təmsilçisi artıq 56 yaşlı mütəxəssislə danışıqlara başlayıb.
İyunun 6-da Qaltenin Fransa klubunun baş məşqçi postundan qovulması haqda xəbər yayılmışdı. O, 2022-ci ilin yayından PSJ-ni çalışdırır. Qaltenin klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Paytaxt təmsilçisi onun başçılığı altında 2022/23 mövsümündə Fransa çempionu olub, ölkə superkubokuna sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin