Ərəb şahzadəsindən Ronaldonun mümkün transferi ilə bağlı açıqlama

Səudiyyə Ərəbistanının idman naziri, şahzadə Əbdüləziz bin Turki Əl Faysal Kriştiano Ronaldonun ərəb klublarından birinə mümkün transferini şərh edib. Həmçinin o, Səudiyyə Ərəbistanı təmsilçilərinin “Mançester Yunayted” və “Liverpul”u almaq perspektivini dəyərləndirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Əl Faysal bunları deyib:

“Kim istəməz ki, Ronaldo onların liqasında oynamasın? O və Lionel Messi bir çox gənc oyunçu üçün nümunədir.

İnvestorlarımızın “Mançester Yunayted” və “Liverpul”u almasına ümid edirəm. Hər şey düzəlsə, yaxşı sövdələşmələr olacaq. Alıcılar həm fərdi sahibkarlar, həm də krallığımızdan olan şirkətlər ola bilər.

Premyer Liqa dünyanın ən yaxşı liqasıdır, hamı onu izləyir. Səudiyyə Ərəbistanında İngiltərə komandalarının sadiq azarkeşləri var. Beləliklə, bu, hər kəs üçün faydalı olardı”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button