Avropanın ən çox gəlir əldə edən klubları açıqlandı – SİYAHI

İngiltərənin “Deloitte” şirkəti Avropanın ən çox qazanan futbol klublarının siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahıya İspaniyanın “Real” klubu başçılıq edir. Madrid təmsilçisi 2017/18 mövsümündə ümumilikdə 750,9 milyon avro gəlir əldə edib.

2-ci pillədə “Barselona” yer alıb. Kataloniya təmsilçisi ötən mövsüm 690,4 milyon avro qazanıb.

Üçüncü pillədə isə ötən il siyahıda ilk sırada olan “Mançester Yunayted”dir. “Qırmızı şeytanlar” 2017/18 mövsümündə 666 milyon avro qazanc əldə edib.

1. Real – 750.9 milyon avro

2. Barselona – 690.4 milyon

3. Mançester Yunayted – 666 milyon

4. Bavariya – 629.2 milyon

5. Mançester Siti – 568.4 milyon

6. PSJ – 541.7 milyon

7. Liverpul – 513.7 milyon

8. Çelsi – 505.7 milyon

9. Arsenal – 439.2 milyon

10. Tottenhem – 428.3 milyon

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button