Əliyevli “SKA-Xabarovsk” səfərdən əliboş döndü
Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 18-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Tomsk”la qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
Xabarovsk təmsilçisi Kamranı “Ximki”dən bu mövsümün sonuna kimi icarəyə götürüb. “SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Yekaterinburq “Ural”ından icarəyə götürülmüş futbolçu bu görüşdə də oynayıb. O, 46-cı dəqiqədə meydana buraxılıb.
“SKA-Xabarovsk” 18 turdan sonra 31 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin