Əliyev “Zenit”ə qarşı 62 dəqiqə oynadı
Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Zenit”lə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Azər də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Ufa” 5 turdan sonra 5 xalla 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin