Əliyev üçün 76 dəqiqə və 1 xal
Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Volqoqrad “Rotor”u ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
Kamran da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə fərqlənə bilməyib.
6 turdan sonra cəmi 3 xalı olan “Ximki” 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin