Əliyev silahla şəkil paylaşdı və… – FOTO

Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyev ölkəsini silahla müdafiə etməyə hazır olduğunu bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Lokomotiv”in və Kiyev “Dinamo”sunun 37 yaşlı keçmiş futbolçusu əlində silah olan şəklini “instaqram” səhifəsində yerləşdirib. O, “Ukraynanı müdafiə etdiyim üçün fəxr edirəm!” yazıb.

Rusiya ilə Ukrayna arasında uzun zamandır davam edən gərginliyin müharibəyə çevrilmə ehtimalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button