Əliyev oynadı, “Tambov” yenə uduzdu
Futbol üzrə Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi “Tambov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Krasnodar”la qarşılaşıb. “Tambov” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 22 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin