Əliyev fasilədə əvəzləndi, darmadağına sevindi

Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Voronej “Fakel”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Cari mövsümdə 5 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib. Amma 45+1-ci dəqiqədə o, sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

“Ximki” 14 turdan sonra 33 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button