Əliyev ehtiyatda qaldı, komandası məğlub oldu
Futbol üzrə Rusiya Premyer Liqasında 10-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Ural”la üz-üzə gəlib. Əliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Ufa” 10 turdan sonra 8 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin