Əliyar Ağayev “Panatinaikos” – PAOK matçında
Azərbaycanlı hakimlər növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıb.
Komanda.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Super Liqasının 22-ci turu çərçivəsində keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək.
Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Fevralın 2-də keçiriləcək “Panatinaikos” – PAOK oyunununa saat 21:30-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin