Əliyar Ağayev Avropa çempionatının açılış matçını idarə edəcək
Azərbaycanın FİFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının açılış oyununu idarə edəcək.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, iyunun 21-də Gürcüstanın paytaxtı Tbilisidəki Mesxi stadionunda Belçika və Niderland yığmalarının matçında iş başında olacaq.
Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaq.
Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin