“Əla iş gördük, uşaqlar!”

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Avropa Liqasının qrup mərhələsinin 2-ci tur matçında “Şerif” üzərində qazanılan qələbəni (2:0) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu oyun haqqında “tvitter” hesabında bu sözləri yazıb:

“Qol vurmağa və komandanın qalib gəlməsinə kömək etməyə görə şadam! Üç vacib məqam! Əla iş gördük, uşaqlar!”

“Şerif”lə oyundakı qol Ronaldonun Avropa Liqasında 1-ci, karyerasında isə 699-cu qolu olub.

Avropa Liqasının qrup mərhələsinin 2 turundan sonra 3 xal toplayan “Mançester Yunayted” E qrupunda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Şerif” isə 3 xalla 3-cü pillədədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button