“Əla idi, həzz almalıyıq” – Deşam
Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin 1/4 finalında İngiltərəyə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunu heyrətamiz adlandırıb:
“Bu, heyrətamiz, əla oyun idi. Biz həqiqətən fantastik İngiltərə komandası ilə qarşılaşdıq, lakin daha bir qol vura bildik. Əla idi, həzz almalıyıq. Biz yarımfinaldayıq və bu, kiçik uğur deyil. Futbolçularımızın performansının yüksək səviyyədə olduğunu görmək məni xoşbəxt etdi”.
Deşam yarımfinaldakı rəqibləri olan Mərakeşin daha sürpriz komanda olmadığını deyib:
“Mərakeş hörmətə layiqdir. Sürprizə imza atdılar və cəmi bir qol buraxaraq Portuqaliyaya qarşı qələbə qazanmağı bacardılar. Bu o deməkdir ki, artıq etdikləri sürpriz deyil. Mərakeşlə oyuna ciddi hazırlaşacağıq”.
Dekabrın 14-də keçiriləcək Mərakeş – Fransa oyunu saat 23:00-da başlayacaq.
Bizi Facebook-da izləyin