Ronaldonun klubunun ikinci cəhdi
“Əl Nəsr” “Barselona”nın yarımmüdafiəçisi Serxio Busketslə maraqlanır.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 34 yaşlı oyunçuya illik 18 milyon avro maaş təklif edib. Eyni zamanda, futbolçu müqavilənin müddətini seçməkdə sərbəstdir.
Buskets hazırda cavab verməyə tələsmir. Çünki o, Kataloniya təmsilçisindən yeni sözləşmə təklifi gözləyir.
Öncədən “Əl Nəsr” yarımmüdafiəçiyə illik 20 milyon avro təklif etsə də, o, bundan imtina etmişdi.
Busketsin “Barselona” ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. O, bu mövsüm La Liqa klubunun heyətində bütün turnirlər daxil olmaqla 27 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo da “Əl Nəsr”in forması geyinir. Onun klubla sözləşməsi 2025-ci ilə qədər nəzərdə tutulub.
Bizi Facebook-da izləyin