“Əl Nəsr”in baş məşqçisindən Ronaldo haqda açıqlama

“Əl Nəsr”in baş məşqçisi Rudi Qarsiya Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı təmsilçisinə keçidi haqda danışıb.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçunun transferini keçmiş futbolçu Pelenin “Santos”dan ABŞ klubu “Nyu York Kosmos”a keçidi ilə müqayisə edib:

“Ronaldonun Səudiyyə Ərəbistanına transferi Pelenin ABŞ klubuna keçməsinə bənzəyir”.

Pele 1975-ci ildə “Santos”dan “Nyu York Kosmos”a keçib, 1977-ci ilə qədər ABŞ təmsilçisinin formasını geyinib. O, “Nyu York Kosmos”un heyətində 64 oyuna çıxıb və 37 qol vurub.

Ronaldo “Əl Nəsr”lə 2 illik müqaviləyə imza atıb. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı portuqaliyalı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button