Mbappedən əli üzülən “Əl-Hilal” gözünü ona dikib

PSJ-nin hücumçusu Kilian Mbappenin imtinasından sonra “Əl-Hilal” klubu yeni forvard axtarışındadır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi “Napoli”nin hücumçusu Viktor Osimheni heyətinə qatmağa çalışacaq. İtaliya klubunun prezidenti Aurelio De Laurentisin futbolçu üçün ən azı 150 milyon avro tələb edəcəyi məlum olub.

Osimhen 2022/2023 mövsümündə “Napoli”nin heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 31 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, A Seriyasının bombardiri olub və komandasına İtaliya çempionluğunu qazanmağa kömək edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button