Əfran İsmayılovun yeni klubu bəlli oldu
2019/20 mövsümünün sonunda “Keşlə”dən ayrılan Əfran İsmayılov özünə yeni iş yeri tapıb.
Komanda.az xəbər verir ki, o, “Səbail”ə keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi “dənizçilər”lə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Əfran İsmayılov daha əvvəl “Turan”, “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “İnter” və “Sumqayıt” klublarında da çıxış edib. O, Azərbaycan millisinin heyətində 39 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin