“Ədalətli nəticə heç-heçə idi” – Tərlan Əhmədov

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 17-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Maraqlı və həyəcan dolu bir oyun gördük. İki məğlubiyyətdən sonra komandanı toparlamaq çətin idi. Açığı deyim ki, taktikada da dəyişiklik etmişdik. Komandamın hansı gücə malik olduğunu bilirdim. Ümumillikdə bu gün komanda yaxşı mübarizə apardı, döyüşdü. Rəqibə əks-hücumda iki top da vurduq. Çalışırıq ki, komandanı bir az dirçəldək, fasiləyə qədər nə bacarırıqsa, xal toplayaq. Qışda cəlb olunacaq futbolçularla yeni bir komanda formalaşacaq. Azarkeşlərimiz bu gün heç-heçəyə də sevindilər. Onların sevinci bizim üçün hər şeydir. Gəncə futbol beşiyidir. Burada hamı futbolu daha yaxşı başa düşür. Azarkeşlərimizi bu bir xal ilə sevindirə bildik. Nəticə də layiqli oldu. Hər iki komanda qalib gələ bilərdi. Ədalətli nəticə heç-heçə idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button