Zlatko Daliç: “Rəqib qapıçı yaxşı oynadı”

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşan (1:1) Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliçin mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, xorvat mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

  • Oyunla bağlı fikirləriniz nədi?
  • Komandamız oyuna yaxşı başladı, erkən qol vurduq. İlk hissənin sonlarında bir az həyəcan var idi. Qol imkanlarımız oldu, ancaq yararlana bilmədik. Azərbaycan millisinin qapıçısı yaxşı oyun göstərdi. İkinci hissə Azərbaycan millisi daha yaxşı oynadı. Məyusuq, ancaq bu vəziyyəti qəbul etməli və növbəti oyunlara hazırlaşmalıyıq.
  • Ante Rebiçin oyunu haqda nə düşünürsüz?
  • Bəlkə də tez dəyişiklik etsəydim, oyunun hesabını dəyişə bilərdik. Rebiçin iki qol şansı oldu, ancaq istifadə edə bilmədi. Onu əvəz etmədim, əksinə, etimadımı göstərdim.
  • Federasiya prezidenti Davor Şuker İvan Rakitiçin milliyə lazım olduğunu deyib…
  • Şukerin fikirləri ilə razıyam. Rakitiç çox yaxşı futbolçudur.
  • Azərbaycanlı futbolçuların legioner həyatı yaşamaması sizi təəccübləndirdimi?
  • Yəqin burada xoşbəxtdirlər.
  • İkinci dəfə bu stadionda xal itirdiz…
  • İlk oyunda da Azərbaycan yaxşı təsir bağışlamışdı. Digər rəqiblərdən də xal alacaqlarını düşünürdüm. Amma bunu niyə bacarmadıqlarını anlamıram.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button