Zlatanın “Milan” sevgisi

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç klubla yeni müqavilə imzalamaq niyyətindədir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli futbolçu “qırmızı-qaralar”la müqaviləsini daha bir illik uzatmaq istəyir. Artıq futbolçunun meneceri Mino Rayolanın klubla danışıqlara hazırlaşdığı bildirilir. Məlumata görə, tərəflər arasında müqavilə növbəti ilin yazından tez imzalanmayacaq.

Bu ilin yanvarında “Milan”a keçən 39 yaşlı futbolçu avqustda müqaviləsini cari mövsümün sonunadək uzatmışdı.