“İbrahimoviç dünyanın ən yaxşı klublarından olan “Milan”a gedir”

MLS rəsmisi Don Qarber “Los Anceles Qalaksi” klubu ilə müqaviləsi dekabrda başa çatacaq Zlatan İbrahimoviçlə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qarber, isveçli hücumçunun “Milan”a gedəcəyini bildirib:

“Zlatan maraqlı xarakterə malikdir. Onunla keçirdiyin vaxt cansıxıcı olmur. Əvvəllər, onun gəldiyi vaxtlarda Devid Bekhem kimi futbolçuya ehtiyacımız vardı, indi isə Zlatan İbrahimoviç dünyanın ən yaxşı klublarından olan “Milan”a gedir.

O, burda keçirdiyi iki ildə vurduğu qollarla rekordlar qırdı. Həm meydanda, həm də meydandan kənarda onu izləmək maraqlıdır. O, insana darıxmağa imkan vermir. Onun yenidən bura qayıtmasını istəyərdim, amma bu, “Los Anceles Qalaksi”dən asılıdır”.

2018-ci ildən MLS-də çıxış edən 38 yaşlı futbolçu, 2011-2012-ci illərdə “Milan”da forma geyinib.