Ziya Əzizovsuz qələbə

Futbol üzrə Hollandiya ikinci liqasında 28-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ziya Əzizovun formasını geyindiyi “NEK Neymegen” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Roda” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“NEK Neymegen” hazırda 39 xalla 20 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.