Ziya Əzizov oynamadı, komandası məğlub oldu

Futbol üzrə Hollandiya ikinci liqasında 20-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ziya Əzizovun formasını geyindiyi “NEK Neymegen” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Eyndhoven”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“NEK Neymegen” hazırda 25 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.