“Zirə” Rumıniya klubuna məğlub oldu

Növbəti mövsümə və UEFA Konfrans Liqasına Türkiyənin Bolu şəhərində hazırlaşan “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “qartallar” Rumıniyanın yüksək liqasında çıxış edən “Hermanştadt”la qarşılaşıb. Əvvəlcə oyunun saat 18:00-da başlayacağı bildirilirdi. Amma hava şəraiti ilə əlaqədar sonradan matçın başlama saatında dəyişiklik olub. Oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 18:00-da yox, 17:00-da start götürüb.

Qarşılaşmada hesabı “Zirə” açıb. Amma ikinci hissədə iki qol buraxan Azərbaycan təmsilçisi meydanı məğlubiyyətlə tərk edib.

“Zirə”nin Boluda daha bir yoxlama oyunu nəzərdə tutulub. Amma rəqibin adı hələlik açıqlanmayıb.

Yoxlama oyunu

29 iyun

Zirə – Hermanştadt (Rumıniya) 1:2
Qol
: H.Keyta, 25.
Türkiyə, Bolu

Zirə: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 9. Loris Broqno, 10. Rəhim Sadıxov, 14. Hamidu Keyta, 18. Slavik Alxasov, 21. Hacıağa Hacılı, 26. Nemanya Andelkoviç, 32. Qismət Alıyev (k), 44. Dimitrios Çantakias, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 22. Nail Alışov, 41. Anar Nəzirov, 4. Cəlal Hüseynov, 7. Filip Paxtmann, 13. Ramin Əhmədov, 15. Ruslan Abışov, 19. Təmkin Xəlilzadə, 56. Samir Ağayev, 61. Nizami Səmədov, 64. Mahmud Ağayev, 77. Mirsahib Abbasov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button