“Zirə”nin futbolçusu şəhid oldu

Ermənilərin Qarabağda hücum əməliyyatları nəticəsində daha bir azərbaycanlı futbolçu dünyasını dəyişib.

Komanda.az xəbər verir ki, İlqar Burcəliyev Tərtərdə qəhrəmancasına şəhid olub.

O, “Zirə”nin 17 yaşlılardan ibarət komandasının şərəfini qoruyub. Gəncədə torpağa tapşırılan İlqar klub rəhbərliyinin iştirakı ilə son mənzilə yola salınıb.

İlqarın həqiqi hərbi xidməti gələn ilin yayında başa çatacaqdı. Hazırda onun qardaşı Tamerlan “Zirə”nin 19 yaşlılardan ibarət komandasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button