“Zirə”dən yubiley qələbəsi

“Zirə” Premyer Liqada 30-cu ev qələbəsini qazanıb.

Komanda.az xəbər verir ki, bu, cari mövsümün 2-ci turuna təsadüf edib.

Yeni mövsümdə ilk dəfə doğma divarlar arasında oynayan “qartallar” “Neftçi”ni 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Komanda öz meydanında keçirdiyi 61-ci matçında “30”a çatıb. “Zirə” yüksək dəstədə debüt etdiyi 2015/16 mövsümündə 12, növbəti çempionatda 7 dəfə qonaqları xalsız qoyub. 2017/18 mövsümündə 6, ötən yarışda 4 qələbəsi olan “qartallar” evdəki 30 uğurundan 5-cisini indiki baş məşqçisi Samir Abasovla qazanıb.

“Zirə”nin Premyer Liqada əlamətdar ev qələbələri

1-ci. 09.08.2015. Zirə – AZAL – 1:0
10-cu. 20.03.2016. Zirə – AZAL – 4:2
20-ci. 13.08.2017. Zirə – Səbail – 2:1
30-cu. 26.08.2019. Zirə – Neftçi – 1:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button