“Zirə”dən braziliyalı hücumçu ilə yeni müqavilə

“Zirə” braziliyalı hücumçusu Filipe Paxtmanla yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Ukraynanın “Lvov” klubuna məxsus forvard, sonradan transfer hüququ alınmaq şərtilə növbəti mövsümün sonunadək icarəyə götürülüb.

21 yaşlı futbolçunun transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Qeyd edək ki, Filipe Paxtman peşəkar karyerasına “Lvov” klubunda başlayıb və bu ilin yanvarından “Zirə”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button