“Zirə”dən ayrılan futbolçu Rumıniya klubunda

“Zirə”dən ayrılan Brayan Alseusun yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, 26 yaşlı haitili yarımmüdafiəçi Rumıniyanın “Arceş” klubunda çıxış edəcək. Haiti millisinin üzvü ilə bir illik müqavilə imzalanıb.

Bu ilin əvvəlində “Zirə”yə keçən futbolçunun müqaviləsi mayın 20-də qarşılıqlı razılıq əsasında ləğv edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button