“Zirə”dən 60-cı “quru” oyun

“Zirə” futbol üzrə Azərbaycan Premyer Liqasındakı uğurlu seriyalarını 3 oyuna çatdırıb.

Komanda.az xəbər verir ki, “Səbail” (2:0) və “Neftçi” (0:0) ilə əvvəlki iki turun matçlarında qol buraxmayan “qartallar” Sumqayıt səfərindən də xalla dönüb.

18-ci turda rəqib meydanında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlubiyyətə uğradan komanda ardıcıl 3 oyundur məğlubiyyət və buraxılan qol görmür.

Bu quru seriya nəticəsində “Zirə”nin tarixindəki belə oyunların sayı yubiley həddinə çatıb. İndiyədək 156 rəsmi matça çıxan “qartallar” 60-cı dəfə meydanı qol buraxmadan tərk edib. Bu quru oyunların 38-si Premyer Liqa, 16-sı Birinci Divizion, 4-ü Azərbaycan kuboku, 2-si UEFA Avropa Liqasına təsadüf edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button