“Zirə” Türkiyə klubuna böyük hesabla uduzdu

Qış təlim-məşq toplanışını Antalyada davam etdirən “Zirə” bu gün ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, qəsəbə təmsilçisi Türkiyənin “Ümraniyəspor” komandası ilə qarşılaşıb.

Oyun Türkiyə təmsilçisinin qələbəsiylə başa çatıb.

Yoxlama oyunu

11 yanvar

16.30 Zirə – Ümraniyəspor (Türkiyə) 0:3
Türkiyə, Antalya

“Zirə” ilk yarıda bu heyətlə mübarizə aparıb: Orxan Sadıqlı, Elvin Camalov, Alvaro Amupero, Cavid Hüseynov (k), Ağabala Ramazanov, David Volkov, Xulio Sezar Rodriqes, Miloş Bakraç, Adrian Skarlatake, Tellur Mütəllimov, Əli Şirinov.

Fasilədən sonra isə bu oyunçular meydana buraxılıb: Boyan Zoqoviç, Alie Sisay, Yovan Krneta, Rafael Məhərrəmli, Nicat Süleymanov, İlkin Muradov, Şafik Tiqrudca, Castin Jozef, Robin Nqalande, Mfo Kqasvane, Riçard Qadze

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button