“Zirə”: Startda 5 debüt

Azərbaycan Premyer Liqasının ilk turunun “Səbail”lə səfər oyunu 5 futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, bunlar yerli oyunçular Elvin Camalovla Cavid Hüseynov, həmçinin legionerlər Boyan Zoqoviç, Anastasios Papazoqlu və sonradan meydana daxil olan Soni Nordedir.

Bu “beşlik” ilk dəfə “qartallar”ın heyətində rəsmi matça çıxıb. “ASCO Arena”dakı görüşədək 72 futbolçu Premyer Liqada “Zirə” forması geyinmişdisə, debütantlar bu rəqəmi 77-yə çatdırıblar.

Cavidlə Elvinin ilk oyuna çıxması ilə yerli futbolçuların sayı 39-a yüksəlibsə, legionerlər 38-ə qədər artıb. Boyan İqor İvanoviçdən sonra ikinci monteneqrolu, Soni isə Kerven Belfordan sonra ikinci haitili olub. Anastasios isə “Zirə”nin tarixində ilk yunanıstanlıdır. Ellada təmsilçisi “qartallar”ın heyətində legioneri çıxış edən 26-cı ölkədir. Bunadək 25 ölkə futbolçuları “Zirə”də legioner kimi çıxış edib.

“Zirə” “Səbail”ə 0:1 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button