“Zirə” serb müdafiəçi transfer etdi

“Zirə” PFK yeni futbolçu ilə müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, paytaxt klubu Lazar Corceviçlə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı serbiyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Lazar Corceviç daha əvvəl ölkəsinin “Palilulaç”, “Voyvodina”, “Radinçki”, Şimali Makedoniyanın “Sileks”, Slovakiyanın “Koşitse”, “Jeleziarne Podbrezova” və Çexiyanın “Karvina” klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button