“Zirə” – “Qəbələ” matçının yeri dəyişdirildi

“Zirə” klubu Peşəkar Futbol Liqasına rəsmi məktubla müraciət edib.

Komanda.az xəbər verir ki, klub ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olması ilə bağlı Misli Premyer Liqasının 5-ci turunun “Zirə” – “Qəbələ” oyununun “Dalğa Arena”da keçirilməsini xahiş edib.

Stadionun vəziyyətini, “Zirə” klubunun rəsmi müraciətini nəzərə alan PFL 5-ci turun “Zirə” – “Qəbələ” görüşünün “Dalğa Arena”da keçirilməsinə qərar verib.

Məsələ ilə bağlı “Qəbələ” klubu və görüşün keçirilməsinə cavabdeh olan digər qurumlar məlumatlandırılıb.

Sabah keçiriləcək “Zirə” – “Qəbələ” matçı saat 20:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button