“Zirə” milli üzərində qələbəyə sevindi

UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən yararlanan “Zirə” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.

Oyun “Zirə”nin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Qəsəbə təmsilçisinə qələbə qazandıran topu 82-ci dəqiqədə Tamerlan Burcəliyev rəqib qapısından keçirib.

“Zirə” oyuna bu start heyəti ilə çıxıb: Rəşad Əzizli, Sərtan Taşkın, Lazar Corceviç, Dimitrios Çantakias, Qismət Alıyev, Tural Bayramlı, İlkin Muradov, Riçard Almeyda, Ruslan Qurbanov, Ağabala Ramazanov (k), David Volkov.

Oyuna sonradan daxil olanlar: Kərim Diniyev, Şəhriyar Rəhimov, Hacıağa Hacılı, Əli Şirinov, Tamerlan Burcəliyev, Vüsal Əliyev.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button