“Zirə” – ”Makkabi” oyunundan sonra insident baş verib

Bakıda UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Zirə”ni 3:0 hesabı ilə məğlub edən İsrailin “Makkabi” (Təl-Əviv) klubunun düşərgəsində insident baş verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra futbolçu Oskar Qluxun atası Maksim Qlux baş məşqçi Vladimir İviçə hücum edib.

O, 18 yaşlı israilli yarımmüdafiəçinin 89-cu dəqiqədə meydana çıxmasına qəzəblənib.

Qlux açıqlamasında 45 yaşlı mütəxəssisi axmaq da adlandırıb:

“Oğlum bu baş məşqçi ilə eyni komandada qalmayacaq. Start heyətində meydana çıxmalı idi. Hazırda onun klubdan ayrılması gündəmdədir. Qlux cavab matçının iştirak ərizəsində yer almayacaq. Rəhbərlik bu günlərdə iclas keçirəcək və Oskar Qluxun başqa kluba keçidini müzakirə edəcək”.

“Makkabi” və “Zirə” arasında İsraildəki cavab görüşü iyulun 28-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button