“Zirə” legioneri ilə vidalaşdı

“Zirə” müdafiəçisi Ali Siseylə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Syerra leoneli futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Zirə” göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Sisey 2020-ci ilin yanvarından “Zirə”nin uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button