“Zirə” Türkiyəyə yollandı

“Zirə” komandası qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Zirə” səhər saatlarında Türkiyəyə yola düşüb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv burada 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Paytaxt təmsilçisi yanvarın 13-də Macarıstanın “Peç”, yanvarın 20-də Polşanın “Qurnik”(Leçna), yanvarın 24-də isə Şimali Makedoniyanın “Breqalnitsa” klubları ilə qarşılaşacaq.

Komanda yanvarın 25-də Bakıya qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button