“Zirə” daha 6 futbolçu ilə vidalaşdı – RƏSMİ

“Zirə” Peşəkar Futbol Klubu daha altı futbolçusu ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə Tellur Mütəllimov, Orxan Sadıqlı, Yovan Krneta, Miloş Bakraç, Boyan Zoqoviç və Şafik Tiqrudca ilə yolların ayrıldığı diqqətə çatdırılıb.

“Zirə” PFK adı çəkilən futbolçulara göstərdiyi xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Zirə” bu gün Cavid Hüseynovla da vidalaşdığını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button