Çili klubu ilə razılaşmanı pozub, “Zirə”yə gəldi

“Zirə”nin yeni transferi Fakundo Melivilo Azərbaycana gəlməzdən əvvəl Çilinin “Kokimbo” klubu ilə razılaşıb.

Komanda.az xarici mətbuta istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Çili təmsilçisi ilə müqavilə şərtlərini də razılaşdırsa da, son anda transfer baş tutmayıb.

Argentinalı futbolçu Çili klubu üçün tibbi müayinədən keçməzdən əvvəl “Zirə”dən təklif alıb və Premyer Liqa klubunun təklifini qəbul edib. Hücumçu daha sonra bu barədə “Kokimbo” rəsmilərinə məlumat verib. Melivilo Çili klubunda tibbi müayinədən keçməyib və Azərbaycana gələrək “Zirə” ilə sözləşmə imzalayıb.

Melivilo “Zirə” ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.