“Zirə”nin rəqibindən 33 yaşlı futbolçu ilə yeni müqavilə

İsrailin “Makkabi” (Təl-Əviv) klubu yarımmüdafiəçisi Avi Rikanla müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə “Zirə”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan bu klubun rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb. İsrailli oyunçu 2015-ci ildən paytaxt klubunda çıxış edir. O, bu klubun heyətində iki dəfə ölkə çempionu olub, üç dəfə kubokun qalibi adını qazanıb. Təcrübəli futbolçu vaxtilə İsrail yığmasında da üç oyun keçirib.

“Zirə” ilə “Makkabi” arasında ilk görüş iyulun 21-də Bakıda, cavab görüşü iyulun 28-də Təl-Əvivdə keçiriləcək.