“Zirə”nin rəqibi futbolçusunu icarəyə verdi

“Zirə”nin Avropa Konfrans Liqasındakı rəqibi “Makkabi” (Təl-Əviv) yarımmüdafiəçisi Bara Koheni icarəyə verib.

Komanda.az xəbər verir ki, 21 yaşlı futbolçu qarşıdakı mövsümü Yerusəlim “Beytar”ında keçirəcək.

Bu barədə Təl-Əviv klubunun rəsmi saytı məlumat yayıb.

Yarımmüdafiəçi ötən mövsümdə də “Hapoel” (Nof Haqalil) klubunda icarədə olub.