“Zirə”nin rəqibi daha bir futbolçu ilə müqaviləni yenilədi

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan İsrailin “Makkabi” (Təl-Əviv) klubu yarımmüdafiəçisi Parfe Giaqonla müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, bu barədə Təl-Əviv təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Fil Dişi Sahilindən olan futbolçu ilə 3+1 illik sözləşmə imzalanıb.

2019-ci ildən paytaxt klubunda çıxış edən 21 yaşlı oyunçu ötən həftə koronavirusa yoluxub. 2021/22 mövsümünü icarə əsasında Netaniya “Makkabi”sində keçirən futbolçu 29 oyuna 5 qol vurub.

“Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab qarşılaşması isə iyulun 28-də Təl-Əvivdə baş tutacaq.