“Zirə”nin rəqibi Belçika klubuna məğlub oldu

“Zirə”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan İsrailin “Makkabi” (Təl-Əviv) komandası yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu Belçikanın “Vesterlo” komandası ilə üz-üzə gəlib.

Üç qolun qeydə alındığı matçda “Zirə”nin rəqibi məğlubiyyətlə üzləşib – 1:2. 34 və 65-ci dəqiqələrdə qol buraxan Təl-Əviv təmsilçisi, 82-ci dəqiqədə qazandığı penalti sayəsində fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

“Makkabi” bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb:

Daniel Peretz (Daniel Tenenbaum, 60), Andre Geraldes (Maor Kandil, 60), Enrik Saborit (Şeran Yeini, 46), İdan Naçmias (Avi Rikan, 68), Guy Mizrahi, Eyal Qolasa (Nadav Niddam, 60), Yoris van Overeem (Tamir Qlazer, 68), Dan Biton (Qabi Kaniçovski, 46), Parfait Guiagon (Eduardo Gerrero 60), Eylon Almoq (Brandli Kuvas 46), Stipe Periça (Corce Yovanovic 46).

“Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab görüşü isə bir həftə sonra səfərdə baş tutacaq.