“Zirə”nin qış planı: 3 rəqib

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı bəlli olub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Zaur Həşimovun rəhbərlik etdiyi komanda yanvarın 3-dən Bakıda bir araya gələcək. Ayın 7-nə kimi paytaxtda hazırlıq keçəcək “qartallar” ertəsi gün Türkiyənin Antalya şəhərinə yola düşəcək.

“Zirə” burda “İC Santai” otelində məskunlaşacaq. “Qartallar” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. “Zirə” yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, 16-da Rumıniyanın “Sepsi”, 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq.

”Zirə” yanvarın 22-də Bakıya qayıdacaq.